Menu

Şahbuza diametri təxminən 1 santimetr olan dolu yağıb

09.06.2026, 21:18
Şahbuza diametri təxminən 1 santimetr olan dolu yağıb

Şahbuz rayonunun Kükü kəndində qısamüddətli dolu müşahidə olunub.

"Report"un yerli bürosunun məlumatına görə, yağan dolunun diametri təxminən 1 santimetr olub.

Yağıntı cəmi 4 dəqiqə davam etsə də, kənd ərazisində dolu dənələri aydın şəkildə müşahidə edilib.

Hazırda ərazidə hava şəraiti sabitdir.

Qeyd edək ki, iyunun 7-də bu kəndə düşən dolunun diametri 5 millimetr olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol