Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan vurub.
“Qafqazinfo”nun məlumatına görə, Qəbələnin Dəmiraparan çayından keçən güclü sel yolun bir hissəsini tamamilə yararsız vəziyyətə salıb.
Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı əməkdaşları əraziyə baxış keçirib, yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Bizi Telegramda izləyin

Şərhlər