Menu

Azərbaycanda qiymət artımı sürətlənib – Rəsmi proqnozlar nə vəd edir?

10.06.2026, 14:15
Azərbaycanda qiymət artımı sürətlənib – Rəsmi proqnozlar nə vəd edir?

Azərbaycanda 2025-ci ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.

"AzPolitika" xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, orta illik inflyasiya göstəricisi yanvar-aprel aylarında olduğu kimi may ayının yekunlarında da 5,6 faiz səviyyəsində qalıb.

Beləliklə, ötən ilin sonunda qeydə alınan 2,2 faizlik orta illik inflyasiya ilə müqayisədə qiymət artımı nəzərəçarpacaq dərəcədə sürətlənib.

Rəsmi proqnozlara əsasən, inflyasiya yaxın illərdə tədricən azalacaq. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, 2026-cı ildə orta illik inflyasiyanın 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcəyi gözlənilir.

Mərkəzi Bankın bu ilin fevralında açıqladığı son proqnoz da oxşar mənzərə ortaya qoyur. Qurum cari il üzrə inflyasiyanın 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində olacağını ehtimal edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol