Volodimir Zelenski hesab edir ki, Vladimir Putinə açıq məktub dərc etməkdə qarşısına qoyduğu məqsədinə çatıb.
"Məktubu Putinə göndərəndə bir məqsədim var idi. Düşünürəm ki, lazım olan nəticəni əldə etdim".
“AzPolitika” xəbər verir ki, Zelenski bunu NB8 (Şimal Baltik 8) sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
O, əldə etdiyi nəticənin nə olduğunu dəqiq açıqlamasa da əlavə edib ki, bu məktubla Ukraynanın müttəfiqlərinə kimin sülhə hazır olduğunu, kimin hazır olmadığını göstərmək istəyib.
Xatırladaq ki, iyunun 4-də Volodimir Zelenski Vladimir Putinə açıq məktub ünvanlayaraq, müharibəyə "birbaşa dialoq" və şəxsi görüş yolu ilə son qoymağı təklif etmişdi. Lakin Putin bu müraciətə mənfi cavab verərək, rus ordusunu döyüşə davam etməyə çağırmışdı.
“AzPolitika.info”

Şərhlər