Menu

Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb

11.06.2026, 00:24
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb

Gəncədə kütləvi dava baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Kütləvi dava zamanı Saday Nəzərov (2003) və onun qardaşı Zöhrab Nəzərov (2005), Elvin Nəzərov (2006), Elşən Nəzərov (1990), Təbriz Fərzəliyev ( 2000), Murad Xəlilov (2001), həmçinin Sakit Nəzərov (1991) xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəsarət alan şəxslər Gəncədə yerləşən müxtəlif xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol