Menu

Gədəbəyə güclü yağış yağıb, dolu düşüb

11.06.2026, 00:26
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb

Gədəbəy rayonunda güclü yağış yağıb, dolu düşüb.

Yağıntı və dolu təxminən saat 21:00 radələrində başlayıb.

Dolu rayonun Gərgər və Arıqdam kəndlərində, eləcə də Gədəbəy şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, təbiət hadisəsi nəticəsində ən çox ziyan Gərgər kəndinə dəyib.

Belə ki, dolu təsərrüfatlara, xüsusilə kartof əkini sahələrinə ciddi zərər vurub. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol