Türkiyədə narkotik istintaqı çərçivəsində daha 22 nəfər saxlanılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilib ki, saxlanılanların arasında Kenan Doğulu və həyat yoldaşı Beren Saat, qardaşı Ozan Doğulu, Enis Arıkan, Kerimcan Durmaz, Berdan Mardini, Tolga Çam, Ayşe Hatun Önal var.
Qeyd edək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Saxlanılan şəxslərin sayının artacağı gözlənilir.

Şərhlər