Tailand məhkəməsi bu gün Çinin Sincan bölgəsindən olan iki etnik uyğuru 2015-ci ildə Banqkokun mərkəzində 20 nəfərin ölümü ilə nəticələnən partlayışın təşkilində təqsirli bilərək ölüm cəzasına məhkum edib.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin bəyanatında bildirilib.
Qeyd edilib ki, hər iki təqsirləndirilən şəxsin əməlləri bir neçə ağır cinayəti, o cümlədən Tailand qanunvericiliyinə görə ölüm cəzası nəzərdə tutulan qəsdən adamöldürmə cinayətini ehtiva edib.
Məhkum olunanlardan birinin vəkili jurnalistlərə bildirib ki, bir ay ərzində hökmdən şikayət vermək niyyətindədirlər.
Qeyd edək ki, terror aktı Tailand paytaxtının ən çox ziyarət edilən turistik məkanlarından biri olan Eravan məbədində baş verib. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 120 nəfər yaralanıb. Qurbanlar arasında beş Çin vətəndaşı və iki Honkonq sakini olub.

Şərhlər