"Xəbərlərdə oxudum ki, Ermənistan yezidi (ezidi) kürdlərinin lideri Knyaz Həsənov (kürdlər Kinyazê Hemîdê Fet adlandırır) Paşinyanın partiyasından yenidən deputat seçilib. Bilənlər bilir, 80-dən çox yaşı olan bu adam uzun illərdir ki, deputatdır, yezidi kürdlər adından çıxışlar edir. Əvvəllər Azərbaycanı da arada hədələyirdi".

"AzPolitika" xəbər verir ki, bunu siyasi şərhçi Kənan Rövşənoğlu bildirib.

"Demək kürd xəbər saytlarından oxudum ki, sən demə bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin "Amedspor" Futbol komandasının İdarə heyətinin üzvü imiş. Nurlana Nadirova da elə belə adam deyil, Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, "Home Credit Bank"a rəhbərlik edib, nüfuzlu şəxsdir", - deyə K.Rövşənoğlu qeyd edib.

Siyasi şərhçi məlumat üçün vurğulayıb ki, "Amed" "Diyarbəkr" sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır"Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində, "Amed" sözü də kürd sözü deyil, qədim Suryani dilindən gəlirmiş. Amma indi Diyarbəkr türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə "Amed" sözünü ortaya atıblar".

"Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının "Amedspor" komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır", - deyə o əlavə edib. 

"AzPolitika.info"