Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 172,1 manat təşkil edib.
Bu göstərici ötən ilin 1 100,6 manatı ilə müqayisədə 6,5% çoxdur.
2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 792,3 min nəfər olub.
Onlardan 862,8 min nəfəri dövlət sektorunda, 929,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Şərhlər