12 iyun Rusiya Günü şərəfinə Moskvada Qırmızı Meydanda keçirilməsi planlaşdırılan konsert ləğv edilib. Onu başqa yerdə keçirəcəklər. Əvvəlcə elan edilən sənətçilərin siyahısı da azaldılıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Daha əvvəl müğənni Nadejda Babkinanın komandası Qırmızı Meydanda keçirilməsi planlaşdırılan "Rusiyanın gücü millətlərin birliyindədir " adlı genişmiqyaslı bayram tədbiri elan etmişdi. Konsertdə Şaman, Larisa Dolina, Tatyana Kurtukova, Aleksandr Buynov və başqaları iştirak etməli idilər.

Rusiya Gününə həsr olunmuş konsertlər 2003-cü ildən bəri hər il Moskvada Qırmızı Meydanda təntənəli şəkildə keçirilir. Konsert hətta 2020-ci ildə koronavirus pandemiyası dövründə də həmin meydanda keçirilib. İndi isə görünür, Ukrayna PUA-ları yenə Kremlin planlarını pozub.

“AzPolitika.info”