Menu

ABŞ İran tankerini vurub - VİDEO

11.06.2026, 16:11
ABŞ İran tankerini vurub - VİDEO

ABŞ hərbi qüvvələri Oman körfəzində İran neftini daşıdığı bildirilən daha bir tankeri hədəfə alıb.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məlumata görə, M/T “Jalveer” adlı tanker ABŞ tərəfinin göstərişlərinə tabe olmadıqdan sonra ona qarşı əməliyyat keçirilib. Nəticədə gəminin mühərrik bölməsinə endirilən zərbə tankerin hərəkət imkanlarını məhdudlaşdırıb.

Bildirilir ki, bu, son həftə ərzində ABŞ tərəfindən İrana qarşı tətbiq olunan məhdudiyyətləri pozduğu iddia edilən üçüncü neft tankerinə qarşı həyata keçirilən müdaxilədir. 

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol