Menu

Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb

11.06.2026, 21:05
Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb

İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə vilayətinin ərazisində relsdən çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Təbriz-Məşhəd sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə yönləndirilib.

Ölən və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol