Menu

ABŞ-İran danışıqlarına Türkiyə də qoşulacaq? - İddia

12.06.2026, 11:30
ABŞ-İran danışıqlarına Türkiyə də qoşulacaq? - İddia

Səudiyyə Ərəbistanının "Əl Ərəbiyə" telekanalı ABŞ ilə İran arasında mümkün razılaşmanın icrasına dair təminat mexanizmlərinin müzakirə ediləcəyi beştərəfli zirvə keçiriləcəyini iddia edib.

Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, toplantıda Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Qətər və Misir iştirak edəcək. 

Görüşdə Vaşinqton və Tehran arasında aparılan diplomatik təmaslar, eləcə də tərəflər arasında əldə oluna biləcək mümkün razılaşmanın icrasına nəzarət və təminat mexanizmləri müzakirə olunacaq.

Məlumatda qeyd olunur ki, sözügedən ölkələr ABŞ və İran arasında davamlı anlaşma mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir. Zirvənin regional sabitlik baxımından əhəmiyyət daşıyan diplomatik addımlar üçün mühüm platformaya çevriləcəyi gözlənilir.

Həmçinin bildirilir ki, toplantının əsas məqsədi ABŞ–İran razılaşmasının həyata keçirilməsi ilə bağlı mümkün təminatların araşdırılması və qiymətləndirilməsidir.

Bununla yanaşı, zirvə barədə məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol