AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) layihə rəhbəri təyin edilib.
Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə İnarə Vəliyevaya həvalə olunub.
Qeyd edək ki, İ.Vəliyeva eyni zamanda “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviridir. O, bundan öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri olub.
Xatırladaq ki, AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı ilə təsis edilən AzTU-nun nəzdində fəaliyyət göstərən təhsil proqramıdır.

Şərhlər