"SEPAH"-a bağlı "Tasnim News" agentliyi bildirib ki, İran və ABŞ arasında müzakirə olunan anlaşma mətni hələ də nəzərdən keçirilir və İranın səlahiyyətli qurumları tərəfindən yekun şəkildə təsdiqlənməyib.

Vaşinqtonun 14 maddədən ibarət saziş mətninə dəyişiklik etdirmək məqsədilə göstərdiyi hərbi və diplomatik təzyiqlər nəticəsiz qalıb. Bildirilir ki, ABŞ sonradan Qətər vasitəsilə təqdim etdiyi əlavə düzəlişlərdən geri çəkilib və onların tətbiqində israr etməyib.

Agentlik qeyd edib ki, sənəd hələ də İrandakı aidiyyəti qurumlar tərəfindən araşdırılır və yekun qərar verilməyib. Mənbə vurğulayıb ki, bu proses başa çatana qədər sazişin taleyi ilə bağlı yayılan digər məlumatlar və fərziyyələr etibarlı hesab edilə bilməz.

"AzPolitika.info"