İsrail Livan, Suriya və Qəzzada işğal etdiyi ərazilərdən geri çəkilmək istəmir.
İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında yazdıqları belə deməyə əsas verir.
O iddia edib ki, İsrail ABŞ-la birlikdə İrana sarsıdıcı zərbələr endirərək, Tehranın hərbi potensialını illərlə geriyə atıb.
Katz İsrailin gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək azadlığının əldə saxlanılmasının əhəmiyyətini vurğulayıb. O, bununla bağlı orduya hazır olmaq üçün təlimatlar verildiyini deyib.

Şərhlər