Menu

Texasda kütləvi atışma olub - Ölən və yaralananlar var

12.06.2026, 22:46
Texasda kütləvi atışma olub - Ölən və yaralananlar var

ABŞ-nin Texas ştatının qərbində kütləvi atışma nəticəsində 1 nəfər ölüb və azı 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Hadisə iyunun 12-də səhər saatlarında Midlend şəhərində baş verib. Polisin məlumatına görə, atəş səsləri Uest-Uoll-stritdə 4600-cü məhəllədə yerləşən binada eşidilib.

Şəhər meri Lori Blonq bildirib ki, ümumilikdə 11 nəfərin xəsarət aldığı məlumdur, onlardan azı 1 nəfər hadisə yerində həlak olub. Onun sözlərinə görə, atəş açan şəxs zərərsizləşdirilib.

Rəsmilər hələlik şübhəli şəxs və hücumun mümkün motivləri barədə məlumat açıqlamırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol