ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran məsələsinə görə fikir ayrılığı dərinləşir. 

"Axios"un yaydığı məlumata görə, Tramp Netanyahu ilə telefon danışığında Vaşinqtonun yaxın günlərdə İranla müharibəni tam dayandırmağa yönəlmiş tarixi razılaşma imzalamağa hazırlaşdığını bildirib.

Məlumata əsasən, Tramp Netanyahuya “Bu, yaxşı razılaşmadır və müharibəni bitirməyin vaxtıdır” deyərək İsrail tərəfinin etirazlarını qəbul etməyib. ABŞ mediası yazır ki, İran rejiminə qarşı sərt xətt tərəfdarı olan Netanyahu bu qərardan ciddi narazıdır.

Nəşrin məlumatına görə, İsrail rəhbərliyi İranın enerji və neft obyektlərinə genişmiqyaslı hava zərbələri endirməyi planlaşdırsa da, Tramp administrasiyası bu planın həyata keçirilməsinə mane olub. Bundan sonra Vaşinqtonun Tehranla apardığı danışıqlardan kənarda qalan Netanyahu administrasiyasının ABŞ-dəki əlaqələri vasitəsilə məlumat toplamağa çalışdığı iddia edilir.

"AzPolitika.info"