Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altında olan Zaporojye vilayətində hərbi hədəflərə zərbələr endirib.
Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, əsas hədəf Novopetrovka kəndi yaxınlığında yerləşən "Vostoçnıy" hərbi poliqonu olub. Məlumata görə, burada cəbhəyə göndərilməzdən əvvəl hazırlıq keçən Rusiya hərbçiləri yerləşdirilib.
Zərbələr nəticəsində Rusiyanın 40-cı ayrıca dəniz piyadaları briqadasının, eləcə də 1461-ci və 1466-cı motoatıcı alaylarının şəxsi heyətinin olduğu ərazilər hədəfə alınıb.
Bundan başqa, Ukrayna qüvvələrinin Novopetrovka və ətraf bölgələrdə Rusiyaya məxsus bir sıra hava hücumundan müdafiə vasitələrini, o cümlədən "Tor-M2" zenit-raket kompleksini, ZU-23 zenit qurğusunu və daşınan zenit-raket kompleksi heyətini vurduğu bildirilir.
Məlumatda həmçinin Donetsk vilayətinin Novoandreevka yaşayış məntəqəsində Rusiya ordusunun pilotsuz uçuş aparatları bölməsinin idarəetmə məntəqəsinin, işğal altındakı Luqansk vilayətinin Dovjansk şəhərində isə dron operatorlarının müvəqqəti yerləşmə məntəqəsinin zərbəyə məruz qaldığı qeyd olunur.
"AzPolitika.info"

Şərhlər