Ötən həftə Azeri Light CIF, Azeri Light FOB Ceyhan, Dated Brent və Urals markalı xam neftin orta qiyməti azalıb.
Trend-in məlumatına görə, Azərbaycanın Azəri-Çıraq-Günəşli yatağında hasil edilən Azeri Light CIF markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,37 dollar və ya 6,2 faiz azalaraq 95,81 dollar təşkil edib.
Məlumatlara görə, bu markalı xam neftin həftə ərzində maksimum qiyməti bir barel üçün 100,09 dollar, minimum qiyməti isə 90,50 dollar olub.
Türkiyədə Azeri Light FOB Ceyhan markalı xam neftin orta qiyməti bir barel üçün 93,49 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 6,33 dollar və ya 6,3 faiz azdır. Həftənin ən yüksək qiyməti bir barel üçün 97,67 dollara, ən aşağı qiyməti isə 88,23 dollara çatıb.
Urals markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,52 dollar və ya 8,7 faiz azalaraq barel üçün 68,40 dollara düşüb. Həftənin ən yüksək qiyməti 72,81 dollar, ən aşağı qiyməti isə 63,02 dollar olub.
Dated Brent markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,02 dollar və ya 5,1 faiz azalaraq barel üçün 94,11 dollar təşkil edib. Həftənin ən yüksək qiyməti 98,66 dollar, ən aşağı qiyməti isə 88,23 dollar olub

Şərhlər