Menu

İranın neft tankeri blokada xəttini keçərək Oman körfəzinə daxil olub

13.06.2026, 23:18
İranın neft tankeri blokada xəttini keçərək Oman körfəzinə daxil olub

ranın nəhəng neft tankeri ABŞ-nin blokadasını keçib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "TankerTrackers"ə istinadən "Fars" xəbər agentliyi yayıb.

"İranla əlaqəli nəhəng neft tankeri blokada xəttini keçərək Oman körfəzinə daxil olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bununla da İranın neft saxlama tutumuna təxminən 2 milyon barel əlavə ediləcək: "Ekspertlər məhdudiyyətlərin tətbiq edildiyi vaxtdan bəri vurğulayırdılar ki, ABŞ-nin blokadasını hərbi əməliyyatlarla yarmaq lazımdır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması ilə bağlı memorandumun sabah imzalanacağını və həmin andan Hörmüz boğazının açılacağını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol