Menu

Rusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb

14.06.2026, 11:46
Rusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb

Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb.

"Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub, lakin yanacaq saxlanılan sənaye obyektlərinə zərbə dəyib. Yanğını xüsusi xidmət orqanları söndürür. Xəsarət alan yoxdur", - region rəhbəri qeyd edib.

O, həmçinin bildirib ki, Yaroslavldan çıxışda Moskva istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol