Menu

Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır

14.06.2026, 17:01
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından ölənlərin sayı 149-a çatıb.

"Report" xəbər verir ki, bu barədə KDR-nin Rabitə və KİV İşləri Nazirliyi məlumat yayıb.

"Təsdiqlənmiş xəstəlik hallarının sayı 710-dur. Xəstəxana və izolyatorlarda Ebola virusuna yoluxmuş 324 nəfər var. Ölüm göstəricisi - 21%. Təmasların izlənilməsi səviyyəsi - 60,5%", - qurumdan qeyd edilib.

Daha əvvəl nazirlik 139 ölüm və 689 yoluxma halı barədə məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol