Menu

Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq

14.06.2026, 18:43
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 14-15 iyun tarixlərində Lüksemburqda işgüzar səfərdə olacaq.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, o, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının iclasına qatılacaq.

Qeyd olunur ki, iyunun 15-də Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın dəvəti ilə Mirzoyan Şuranın iclası çərçivəsindəki müzakirədə də iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol