Menu

Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəldi

14.06.2026, 22:32
Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəldi

Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.

Seçmə mərhələnin final oyununa vəsiqə qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol