Menu

Xorvatiyada yaxta ilə katamaranın toqquşması nəticəsində üç çex ölüb

14.06.2026, 23:38
Xorvatiyada yaxta ilə katamaranın toqquşması nəticəsində üç çex ölüb

Xorvatiyanın Split şəhəri sahillərində katamaranla yaxtanın toqquşması nəticəsində Çexiyanın üç vətəndaşı həlak olub.

"Report"un CTK xəbər agentliyinə istinadən məlumatına görə, hadisə Adriatik dənizində baş verib. Hadisə zamanı yaxtada və katamaranda xeyli sayda insan olub.

Çexiyanın Xorvatiyadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Ştepan Şantruçek ölkəsinin üç vətəndaşının ölümünü təsdiqləyib. Onun sözlərinə görə, daha bir neçə nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol