Menu

Məhəmməd Muradlı Özbəkistanda keçirilən beynəlxalq şahmat turnirində birinci olub

15.06.2026, 00:11
Məhəmməd Muradlı Özbəkistanda keçirilən beynəlxalq şahmat turnirində birinci olub

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

"Report" xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.

Səkkiz turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

M.Muradlı nəticədən asılı olmayaraq yarışda birinci pilləni qoruyacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol