Menu

"Trampın Tehranla razılaşması üç məsələyə bağlıdır” - ABŞ nəşri

15.06.2026, 12:27
"Trampın  Tehranla razılaşması üç məsələyə bağlıdır” - ABŞ nəşri

"The Wall Street Journal" nəşri Tehran və Vaşinqton arasında əldə olunduğu bildirilən anlaşmanı təhlil edərək onun uzunmüddətli perspektivlərini sual altına alıb.

Nəşrin fikrincə, tərəflərə yekun razılaşma üzərində işləmək üçün 60 günlük vaxt qazandıran memorandum mühüm addım olsa da, qarşıda ciddi maneələr qalır.

Nəşrə görə, prosesin taleyi əsasən üç mühüm məsələdən asılıdır.

Tramp bildirib ki, razılaşmanın rəsmi imzalanmasından sonra Hörmüz boğazı yenidən açılacaq. Bu, qlobal enerji və ticarət bazarları üçün mühüm əhəmiyyət daşıyır.

Ağ Evin İran gəmilərinə tətbiq etdiyi dəniz blokadasının ləğvi də anlaşmanın əsas hissələrindən biri hesab olunur.

Ən böyük qeyri-müəyyənlik İsraillə bağlıdır. İsrail ordusunun Livandakı əməliyyatlarını davam etdirməsi Tehran tərəfindən razılaşma üçün potensial təhlükə kimi qiymətləndirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol