Menu

“Trampın razılaşması bizə öhdəlik gətirmir” - Ben-Qvir

15.06.2026, 14:02
“Trampın razılaşması bizə öhdəlik gətirmir”  - Ben-Qvir

Bu gün İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına cavab verərək İsrailin təhlükəsizlik məsələlərində müstəqil qərarlar qəbul etdiyini bildirib.

Ben-Qvir “X” hesabında yazıb ki, ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma İsrail üçün məcburi xarakter daşımır.

“İsrail ABŞ-yə tabe deyil və müstəqil, suveren dövlətdir. Biz ABŞ-ni sevirik və prezident Trampa minnətdarıq. Bununla belə, İsrail dövləti banan respublikası deyil”, – deyə o vurğulayıb.

Nazir bildirib ki, İsrail öz təhlükəsizliyini riskə ata biləcək heç bir razılaşmanın tərəfi olmayacaq və belə sənədlər ölkəni öhdəlik altına salmır.

O, habelə Hizbullaha qarşı sərt mövqeyini təkrarlayaraq, təşkilatın tamamilə məhv edilməli olduğunu bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol