Menu

Ağdamda kişi tanışını güllələyib

15.06.2026, 16:33
Ağdamda kişi tanışını güllələyib

Ağdamda çoban çobanı ov tüfəngi ilə güllələyib.

Hadisə rayonun Çullu kəndində baş verib.

Belə ki, 1979-cu il təbəllüdlü Elşad Gözəlov mübahisə nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan Rövşən Şirinov xəstəxanaya çatdırılıb.

Elşad Gözəlov hadisədən sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.

Ov tüfəngi maddi sübut olaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol