Menu

Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib

16.06.2026, 08:35
Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı məlumatları yalan adlandırıb.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.

“İran nüvə silahına malik olmamağa razılaşıb. ABŞ-ın İrana 300 milyon dollar ödəyəcəyi barədə məlumat qəsdən faktların təhrif edilməsidir”, - deyə ABŞ lideri bildirib.

O, bu məlumatın yayılmasına görə demokratları ittiham edib.

Əlavə edək ki, söhbət böyük ehtimalla 300 milyon deyil, 300 milyard dollardan gedir. Belə ki, İran tərəfinin açıqladığı ABŞ ilə 14 bəndlik razılaşma mətnində guya ABŞ və müttəfiqlərinin İrana ən azı 300 milyard dollar dəyərində yenidənqurma planları təqdim edəcəyi göstərilirdi.  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol