Menu

Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib

16.06.2026, 09:10
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib

İsrailin Baş naziri Benjamin Netanyahu qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyini və qalib gəlmək niyyətində olduğunu açıqlayıb.

APA xəbər verir ki, hökümət başçısı bu barədə mətbuat konfransında danışıb.

“Qarşıdakı seçkilərdə iştirak etməyi və qalib gəlməyi planlaşdırıram”, - deyə Netanyahu bildirib.

Qeyd edək ki, ötən həftə onun rəhbərlik etdiyi Likud Partiyası da Netanyahunun payızda keçiriləcək seçkilərdə namizəd olacağını açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol