2026 FIFA Dünya Kuboku çərçivəsində İran–Yeni Zelandiya oyunu zamanı tribunada açılan siyasi məzmunlu pankart müzakirələrə səbəb olub.
Bir qrup iranlı azarkeşin qaldırdığı “42,000 #IranMassacre” yazılı pankartın 2026-cı ilin yanvarında İranda baş verdiyi iddia olunan hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayına işarə etdiyi bildirilir.
Müxalifətə yaxın bəzi media qurumları və fəallar həmin hadisələr zamanı on minlərlə insanın həlak olduğunu iddia etsələr də, pankartda göstərilən 42 min nəfərlik rəqəm rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Müxtəlif mənbələrdə ölənlərin sayı ilə bağlı fərqli məlumatlar yer alır.
Qarşılaşma öncəsi və oyun zamanı stadion ətrafında da İran hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılar İran milli komandasının mövcud siyasi sistemi təmsil etdiyini bildirərək müxtəlif şüarlar səsləndirib, həm stadion daxilində, həm də kənarında İranın keçmiş bayraqlarını nümayiş etdiriblər.
Xarici KİV-lərin məlumatına görə, ABŞ-də yaşayan İran diasporasının bir hissəsi milli komandanı dəstəkləmək əvəzinə, İran hakimiyyətinə etiraz etmək məqsədilə müxtəlif aksiyalar təşkil edib.
"AzPolitika.info"

Şərhlər