Menu

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

16.06.2026, 15:35
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan sürücü saxlanılıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə səhifəsində məlumat və video paylaşıb.

Müəyyən olunub ki, “Khazar” markalı avtomobilin sürücüsü Eltun Həşimov nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edib.

Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb, özü isə 25 sutka inzibati qaydada həbs edilib.

“AzPolitika.info”

Şərhlər

Ramin 2026-06-16 23:37:44

Halal olsun Azərbaycan polisinə.Bir Azərbaycan vətəndaşı kimi DİN-nə təşəkkür edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol