ABŞ Prezidenti Donald Tramp G7 Zirvəsində İranın nüvə proqramı ilə bağlı sərt açıqlamalar verib.

Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, ABŞ ilə İran arasında aparılan danışıqlarda əsas şərt Tehranın nüvə silahına sahib olmamasıdır. 

Onun sözlərinə görə, mümkün razılaşmanın ən vacib bəndi məhz İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasıdır.

ABŞ lideri vurğulayıb ki, əgər İran nüvə silahı yaratmağa cəhd göstərərsə, bunun çox ciddi nəticələri olacaq. Tramp Tehranın belə bir addım atacağı təqdirdə sərt cavabla üzləşəcəyini bəyan edib.

"Mənim üçün həqiqətən vacib olan tək şey İranın heç vaxt nüvə silahına sahib olmamasıdır. Bu, müqavilədə çox aydın şəkildə yazılıb. Əgər onların belə bir niyyəti varsa, fəlakətlə üzləşəcəklər",-deyə o qeyd edib.

"AzPolitika.info"