"Azərbaycanla Ermənistan arasındakı münaqişə başa çatıb. Və 2026-cı il seçkilərinin nəticələrindən sonra Ermənistan xalqı sülhü müdafiə etmək üçün ayağa qalxıb".

"AzPolitika" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası Milli Məclisinin iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın təsdiqlənməsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

"Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması artıq iqtisadi inkişafa yeni təkan verib. İnsanlar gündəlik həyatlarında iqtisadi artımı görməlidirlər. Bu səbəbdən Ermənistanda pensiyaların artırılmasına qərar verdim", - deyə o bildirib.

"AzPolitika.info"