Rusiyanın lüks avtomobili sayılan və Vladimir Putinin də istifadə etdiyi “Aurus”-un seriya istehsalı dayandırılır.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumatda deyilir ki, gəlir gətirmədiyi üçün “Aurus”-un Tatarıstandakı yığım zavodunun bağlanması planlaşdırılır.

Ekspertlər qeyd edirlər ki, layihə artıq faktiki uğursuzluğa düçür olub və bağlanacaq. Mütəxəssislərdən biri mediaya deyib: "Onlar prezidentin oyuncağını həqiqi kütləvi istehsal olunan bir brendə çevirə bilmədilər. Bir çox ambisiyalar var idi, amma iqtisadi əsaslandırma sıfır idi".

“Rolls-Royce” avtomobilinə bənzədilən “Aurus”-un qiyməti hətta orta təbəqə nümayəndələri üçün belə çox bahadır. Bu avtomobillərin qiyməti hazırda təxminən 50 milyon rubldan(690 min dollar) başlayır. Putini gəzdirən “Aurus” isə 117 milyon rubl, yəni, 1.6 milyon dollardır.

"Russkiy Avtomobil" yazır ki, belə qiymətə "Aurus avtomobillərinə Rusiyada demək olar, tələbat yoxdur. Buna baxmayaraq, əvvəlcə ildə 5000 “Aurus” istehsal olunacağı bəyan edilmişdi. Lakin keçən il bu markaya aid 150-dən az avtomobil istehsal olunub.

“AzPolitika.info”