ABŞ Prezidenti Donald Tramp İranla memorandumun mətnini Konqresin müzakirəsinə təqdim etməyə hazırdır.

"Report" ABŞ mediasına istinadən xəbər verir ki, o bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşdə bildirib.

Bununla belə, Tramp Konqresin sənədlərə nə vaxt çıxış əldə edə biləcəyini dəqiqləşdirməyib.

"Mən heç vaxt bu barədə düşünməmişdim, amma onu Konqresə təqdim edəcəm. Bu fikir mənim xoşuma gəlir. Zəhmət olmasa, bunu Konqresə təqdim edin", - o, köməkçilərinə müraciət edərək bildirib.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.