Menu

"İran və ABŞ arasında saziş iyunun 18-i, yaxud 19-u imzalana bilər" - Tramp

17.06.2026, 20:40
"İran və ABŞ arasında saziş iyunun 18-i, yaxud 19-u imzalana bilər" - Tramp

İran və ABŞ arasındakı saziş böyük ehtimalla iyunun 18-i, ya da 19-u imzalanacaq.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 ("Böyük yeddilik") sammitinin yekunlarına dair bildirib.

Trampın sözlərinə görə, əgər Yaxın Şərq münaqişəsi üzrə danışıqların növbəti mərhələsi uğurlu olmasa, ABŞ İranı yenidən bombalamağa hazırdır.

"Əgər bu, 60 gün ərzində baş verməsə, heç nə olmaz, biz bombalamağa qayıdacağıq. Ola bilsin ki, bunu etmək məcburiyyətində qalaq, çünki biz onların nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyik", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol