Menu

Putin Türkiyənin xarici işlər naziri Fidanla görüşüb

17.06.2026, 22:22
Putin Türkiyənin xarici işlər naziri Fidanla görüşüb

Rusiya Prezidenti Vladimir Putin Rusiya–ASEAN sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

"Report" xəbər verir ki, Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bu ölkədə iki günlük səfərdədir.

Görüş Q. Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında baş tutub. Daha əvvəl həmin məkanda Rusiya–ASEAN sammitinin iştirakçısı olan nümayəndə heyətləri rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol