Menu

Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq - "Azəriqaz" məlumat yaydı

18.06.2026, 00:48
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq - "Azəriqaz" məlumat yaydı

Bakının Sabunçu və Səbail rayonlarının bəzi qəsəbələrinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 18-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan, Maştağa qəsəbələrinin, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol