İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail üzərində qələbə qazandıqlarını iddia edib.
Qalibaf yerli mediaya açıqlamasında müharibənin əvvəlində qarşı tərəfin qarşıya qoyduğu hədəflərin həyata keçməsinə imkan verməyiblər.
O bildirib ki, danışıqlar davam etdiyi müddətdə İran hərbi gücdən də istifadə edib. O iddia edib ki, Fars körfəzində iki düşmən freqatı vurularaq yandırılıb, həmçinin düşmən təyyarələrinin qalxdığı hava limanları yerləşdikləri ölkələrdə hədəfə alınıb.
“Biz zəfər qazandıq. Diplomatiyanı döyüşçü ruhu ilə aparıram. Hərbi əməliyyatlarla əldə etmək istədiyimizdən daha artığını danışıqlar yolu ilə qazandıq. Müharibədə qalib gəldik və bu qələbənin nəticələri danışıqlar masasında formalaşacaq”, - deyə Qalibaf vurğulayıb.
"AzPolitika.info"

Şərhlər