Azərbaycanda beş ay ərzində 30 minə yaxın körpə doğulub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 28631 doğulan körpə qeydə alınıb.2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb.
Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqları olub. Körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.
Əlavə olaraq, bu il Azərbaycanda nikah və boşanmaların sayı ötən illə müqayisədə azalıb.
Məlumata görə, 2026-cı ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Şərhlər