İran zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasına icazə verməyəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.
O bildirib ki, Tehran əvvəldən zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına qarşı olub və bu mövqedə hər hansı dəyişiklik yoxdur.
“Biz əvvəldən bildirmişik ki, zənginləşdirilmiş materiallar ölkədən çıxarılmayacaq. Variantlardan biri onların İran ərazisində seyrəldilməsidir. Bu, yeni təklif deyil”, - Bəqai bildirib.
"AzPolitika.info"

Şərhlər