Menu

Oğuzda narkotik satışı ilə bağlı 4 nəfər saxlanılıb

19.06.2026, 10:09
Oğuzda narkotik satışı ilə bağlı 4 nəfər saxlanılıb

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən  məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 41 Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov saxlanılıb. Onlardan 1 kiloqramdan artıq marixuana və 1 ədəd odlu silah aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol