Menu

AİLƏLƏRİN ƏN ÇOX BORCLANDIĞI ÖLKƏLƏR - Azərbaycanda vəziyyət necədir? + SİYAHI

19.06.2026, 21:34
AİLƏLƏRİN ƏN ÇOX BORCLANDIĞI ÖLKƏLƏR - Azərbaycanda vəziyyət necədir? + SİYAHI

2025-ci ilin yekununa olan məlumata görə, Azərbaycanda ev təsərrüfatlarının (ailələrin) borcunun ÜDM-ə nisbəti 14,8% təşkil edib. 

"AzPolitika" xəbər verir ki, bu barədə məlumat “CEIC Data” portalında yer alıb.

Qeyd edək ki, region ölkələri ilə müqayisədə Azərbaycanın göstəricisi daha aşağıdır. Belə ki, Ermənistanda ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 32,9%, Gürcüstanda 36,9%, Rusiyada 18,7%, Qazaxıstanda isə 66,7% təşkil edib. Türkiyədə bu göstərici 10,5%, Ukraynada isə 4,1% səviyyəsində olub.

Bu o deməkdir ki, Azərbaycan Ermənistandan 2,2 dəfə, Gürcüstandan isə təxminən 2,5 dəfə daha aşağı borclanma səviyyəsinə malikdir.

Avropa ölkələri ilə müqayisədə fərq daha qabarıq görünür. Niderlandda ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 97,2%, Danimarkada 89,8%, Norveçdə 89,5%, Finlandiyada 72,7%, Fransada 58,9%, Belçikada 58,3%, Portuqaliyada 56,8%, Almaniyada 48,7%, İtaliyada isə 47% olub. Şərqi Avropada da göstəricilər Azərbaycanın səviyyəsini üstələyir. Məsələn, Polşada bu nisbət 22,4%, Macarıstanda 21,8%, Bolqarıstanda 30,1%, Rumıniyada isə 15,3% təşkil edib.

Ailələrin borcunun ÜDM-ə nisbəti digər ölkələrdə aşağıdakı kimi olub:

- Niderland  97,2%;

- Danimarka - 89,8%;

- Norveç -  89,5%;

- Finlandiya - 72,7%;

- Qazaxıstan - 66,7%;

- Fransa - 58,9%

- Belçika - 58,3%

- Portuqaliya - 56,8%

- Almaniya - 48,7%

- İtaliya - 47,0%

- Gürcüstan - 36,9%

- Ermənistan - 32,9%

- Bolqarıstan - 30,1%

- Polşa - 22,4%

- Macarıstan - 21,8%

- Rusiya - 18,7%

- Rumıniya - 15,3%

- Azərbaycan - 14,8%

- Türkiyə - 10,5%

- Ukrayna - 4,1%

"AzPolitika.info"

Şərhlər

B.Süni İntellekt 2026-06-20 12:12:41

Şərhlər məni də cəlb etdi. Kiçik Kreml qruplaşması guya İnteqrasion iqtisadi tərəqqi naminə 1986-1991ci illərdə naməlum-özəl, guya rəsmi *QƏRB*lə SSRİ və Sosializm Birliyini sövdələşməyə bölüşüb-buraxıb? Halbuki, Sosializm, ya Özəl kapitalizmin hər üstqurumun yekun bir Sosial-iqtisadi göstəricisi var-Adambaşına yaradılan əlavə natural məhsul-yeni dəyər!?

Rasim Quliyev 2026-06-19 22:41:29

Avropa ilə müqayisə etməyin müəllim orda 2000 Avro alır Bizdə maksimum 1500 manat.Norvecdə işin varsa dövlət sənə 1mln kron verir hemin mebleği 25 il ərzində qaytarırsan.Almaniyada vətəndaşın dalında durur sabah işdən çıxdın yıxıl öl.Ailənin başçısı başını yerə qoydu o ailə öldü deməkdir.Avropa ölkələri ilə müqayisə etməyin bizi.Bu gün ki,videodayi kimi xəstə uşaqdan Xətai klinkasında 100 rüşvət almırlar.Sizdə hələ bir utanmaz müqayisə edirsiz.

Fazil 2026-06-19 13:39:54

Statistika komitəsinin xobbisidir elə bil Azərbaycanı inkişaf etmiş dövlətlərlə bir sıraya qoyub müqayisə etmək, dəqiqləşdirdin ki orada kredit faizləri nə qədərdir və onda hər şey aydın olar...Avropa, ABŞ da vətəndaş 2-3 min avro, dollar verib avtomobili və başqa malları, mağazadan, salondan ala bilər qalan hissəsini isə faizsiz kreditlə on illər boyu ödəməyə imkan verilir, varmı bu cür nəsə Azərbaycanda bəlkə???

Asif 2026-06-19 10:59:25

Hamisi yalan statistikalardir. Uydurma cedvelidir. Azerbaycanda bu gedisnen aile qalmayacaq. Qidanida kreditnen aliriq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol