Nigerin paytaxtı Niameydə yerləşən Diori Hamani silahlı hücuma məruz qalıb.
Nigeriya Müdafiə Nazirliyinin məlumatına görə, hava limanına təşkil edilən hücum nəticəsində ümumilikdə 35 nəfər həlak olub.
Bildirilib ki, ölənlərdən 22-si hücum edən silahlı qruplaşmanın üzvləri, 11-i hərbçi, 2-si isə mülki şəxsdir. Məlumata əsasən, təhlükəsizlik qüvvələri hücum zamanı 22 silahlını zərərsizləşdirib, daha 4 nəfər isə yaralanıb.
Hadisədən sonra hava limanı ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilib. Hücumla əlaqəsi olduğu ehtimal edilən 20 nəfər saxlanılıb. Əməliyyatlar zamanı RPG-7 qumbaraatanları, AK-47 avtomatları, əl qumbaraları, partlayıcı maddələr, rabitə avadanlıqları və minlərlə patron aşkar edilərək götürülüb.
Yerli sakinlər səhər saatlarında güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar yerli vaxtla saat 06:00 radələrində baş verib və ilk anlarda hadisənin səbəbi məlum olmayıb.
Qeyd edək ki, Diori Hamani Beynəlxalq Hava Limanı son beş ay ərzində ikinci dəfə silahlı hücuma məruz qalır. Bu ilin yanvar ayında hava limanına DEAŞ-la əlaqəli qruplaşmanın hücumu nəticəsində 20 silahlı öldürülmüş, 4 hərbçi isə yaralanmışdı.
"AzPolitika.info"

Şərhlər