Menu

DÇ-da xoşagəlməz hadisə - Oyunçunun ayağı sındı + VİDEO

19.06.2026, 12:51
DÇ-da xoşagəlməz hadisə - Oyunçunun ayağı sındı + VİDEO

Dünya Çempionatında Kanada və Qətər yığmaları arasında keçirilən görüşdə xoşagəlməz hadisə yaşanıb.

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone rəqib futbolçu Assim Ömər Madibo ilə mübarizə zamanı ciddi zədə alıb. Sərt toqquşmanın ardından futbolçunun ayağı sınıb.

Hadisədən sonra tibbi heyət dərhal meydana daxil olub və ilk yardım göstərib. Kone daha sonra xərək vasitəsilə meydandan çıxarılıb.

Oyunun baş hakimi əvvəlcə epizoda görə Qətər millisinin futbolçusuna sarı vərəqə göstərsə də, VAR baxışından sonra qərarını dəyişərək ona qırmızı vərəqə verib. Nəticədə Qətər yığması meydanda bir nəfər az qalıb.

Qeyd edək ki, qarşılaşma Kanada millisinin 6:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol