Prezident İlham Əliyev "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş "Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 30 avqust 2000-ci il tarixli, eləcə də "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 4 iyul 2013-cü il tarifli fərmanlarda dəyişiklik edib.
"AzPolitika" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi üçün təsdiqedici sənədlər verəcək səlahiyyətli qurumlar müəyyən edilib. Belə ki, hərbi təyinatlı məhsul istehsalı layihələrinə münasibətdə səlahiyyətlər Müdafiə Sənayesi Nazirliyinə, digər layihələrə münasibətdə isə İqtisadiyyat Nazirliyinə verilib.

Şərhlər
Vergi, Gömrük və bankların Maliyyə funksionerləri kimi həmin nazirliyə verilməli və hər müəssisənin istehsal maddi-texnoloji təchizat, idxal-ixrac hesabatları ilə maliyyə hesabında dəqiq əks etdirilməlidir.
Ölkəmiz keçmiş ağır maşınqayırma və yeni texnoloji mhəllələrlə özünü yetəri yüksək gəlirli və ixracatçı saysa da hhəmin sahə çox risklidir. Keçmiş SSRİdə yaxşı metal, material bazası ilə belə əsas həll el.sənaye və cihazqayırmada cəmlənirdi? Nədən həmin sahə dövlətin nəzarətində olmasın?